Azad edilmiş ərazilərdə daha 228 mina, 630 PHS aşkarlanıb

20.07.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (13.07.2026-19.07.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə ötən həftə 200 piyada əleyhinə mina, 28 tank əleyhinə mina, 630 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1959,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью