Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (14.09.2026-20.09.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 204 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 745 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1840,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.