Azad edilmiş ərazilərdə daha 541 mina aşkar edildi | Icma.az
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, azad olunan ərazilərdə noyabr ayı ərzində 85 tank əleyhinə mina, 456 piyada əleyhinə mina, 2274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Həmçinin 4707,4 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.Bizim.Media Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu