Azad edilmiş ərazilərdə daha 69 mina, 1072 PHS aşkarlanıb

21.04.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.04.2025 - 20.04.2025) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 60 piyada əleyhinə mina, 9 tank əleyhinə mina, 1072 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 893.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью