Azad edilmiş ərazilərdə daha 71 mina, 574 PHS aşkarlanıb

28.04.2025

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.042025 -27.05.2025) açıqlanıb.

ANAMA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 35 piyada əleyhinə mina, 36 tank əleyhinə mina, 574 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 925,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью