Azad edilmiş ərazilərdə daha 71 mina aşkarlanıb

28.04.2025

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1 925,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.042025 -27.05.2025) açıqlanıb.

ANAMA-dan AYNA.AZ-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 35 piyada əleyhinə mina, 36 tank əleyhinə mina, 574 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 925,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью