Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb

21.07.2025

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Minatəmizləmə Agentliyi məlumat yayıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.07.2025 - 20.07.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 641 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью