Azad edilmiş ərazilərdə daha 84 mina, 185 PHS aşkarlanıb

11.11.2024

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (04.11.2024 -10.11.2024) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 51 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 185 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 545,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью