Azad edilmiş ərazilərdə daha 91 mina, 440 PHS aşkarlanıb

12.05.2026

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə (01.05.2026-11.05.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə 71 piyada əleyhinə mina, 20 tank əleyhinə mina, 440 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 129 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью