Azad edilmiş ərazilərdə daha 94 mina, 294 PHS aşkarlanıb

10.02.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (03.02.2025 - 09.02.2025) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 78 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 294 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 787. 0268 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью