Azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası mühüm şərtdir | Icma.az
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Zəngilan rayonunda Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.
İclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nadir və itmək təhlükəsində olan bitki və heyvan növləri, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin monitorinqi və bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər və zərərsizləşdimə poliqon sahələri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası və yeni yaradılan milli parklar, işğaldan azad edilmiş ərazilər üzrə xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi layihəsi çərçivəsində icra olunmuş tikinti-quraşdırma işləri, meşə fondu sahələrinin uzaqdan zondlama üsulu ilə inventarlaşdırılması ilə bağlı görülən işlər barədə danışılıb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin sözlərinə görə, 2021-ci ildən indiyə qədər Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında çox saylı qum-çınqıl yataqlarında torpağın istismardan əvvəlki vəziyyətinə qaytarılması üçün bərpa işləri görülür.
Mərkəzdə tullantıların təmizlənməsi, idarə edilməsi, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı işlər aparılır: "Məqsəd işğaldan azad edilmiş ərazilərdə təbii landşaftın qorunmasıdır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib ki, işğaldan azad olunmuş səkkiz rayonda müvafiq poliqonlar müəyyən edilib və onlar tikintiyə başlamaq mərhələsindədir.
60-a qədər xüsusi texnika tullantıların daşınması üçün təchiz olunub: "Azad olunmuş ərazilərdə tullantıların idarə olunmasında regional strategiya layihəsi hazırlanıb və təkmilləşmə mərhələsindədir.
Bu ərazilərdə məlum məsələ ilə bağlı müxtəlif nəzarət tədbirləri də həyata keçirilir.
Tam oxu
Xəbəri oxu