Azad edilmiş ərazilərdə iki nəfər mina partlayışından həlak olub, 11 i yaralanıb

24.07.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub. Onlardan 73 nəfəri həlak olub, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью