Azad edilmiş ərazilərdə noyabrda 541 mina, 2274 PHS aşkarlanıb

02.12.2024

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, noyabr ayında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 456 piyada əleyhinə mina, 85 tank əleyhinə mina, 2274 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4707,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью