Azad edilmiş ərazilərdə ötən ay 374 mina, 1364 PHS aşkarlanıb

02.02.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə yanvar ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 337 piyada əleyhinə mina, 37 tank əleyhinə mina, 1364 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1738,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью