Azad edilmiş ərazilərdə ötən ay 436 mina aşkarlanıb

01.04.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mart ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 331 piyada əleyhinə mina, 105 tank əleyhinə mina, 9755 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4 556 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью