Azad edilmiş ərazilərdə tarixi abidələr bərpa edilir

26.02.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azad edilmiş ərazilərdə tarixi abidələrin inventarlaşması artıq başa çatıb və onların bərpasına başlanılıb.

Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qarabağda "Böyük qayıdış" Dövlət Proqramı çərçivəsində tarixi abidələrin bərpası istiqamətində ciddi addımlar həyata keçirilir, çoxsaylı layihələr icra olunur:

"Eyni zamanda bütövlükdə mədəniyyət infrastrukturunun bərpası istiqamətində də ciddi işlər həyata keçirilir. Tarixi abidələrin inventarlaşdırılması həyata keçirilib və artıq bərpasına başlanılıb. Qarabağda və Şərqi Zəngəzurda bir çox tarixi abidələr bərpa olunmaqdadır. Sonuncu dəfə bərpa etdiyimiz layihə dövlət başçısının açılışını etdiyi Ağdamda Pənahəli xanın imarət kompleksi olub". 

Nazir deyib ki, Xocalı şəhərindəki Xocalı Memorial Kompleksinin layihəsinin təməlqoyması həyata keçirilib: 

"Layihə artıq təsdiq edilib və Heydər Əliyev Fondu tərəfindən icrası həyata keçiriləcək". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью