Azad edilmiş ərazilərdə tarixi yaddaşın bərpası | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın mədəni irsə verdiyi dəyər onun milli kimliyinin və dövlətçilik fəlsəfəsinin tərkib hissəsidir İşğaldan azad edilmiş ərazilərdə mədəni irsə vurulmuş zərərin aradan qaldırılması və bu sahədə sistemli tədbirlərin görülməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında mədəni irsə dəymiş ziyanın qiymətləndirilməsi, bərpa işlərinin aparılması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub.
Məlumdur ki, Azərbaycan bəşər sivilizasiyasının formalaşdığı ən qədim coğrafiyalardan biri kimi zəngin və çoxqatlı mədəni irsə malikdir.
Qayaüstü rəsmlər, kurqanlar, Azıx mağarası kimi qədim yaşayış məskənləri, Qafqaz Albaniyası dövrünə aid məbədlər, orta əsr şəhərləri, məscidlər, karvansaralar və türbələr bu torpaqda mədəni inkişafın minilliklər boyu davam etdiyini sübut edir.
Bu irs təkcə milli sərvət deyil, eyni zamanda, ümumbəşəri mədəniyyət xəzinəsinin ayrılmaz hissəsi kimi xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini özündə əks etdirir.
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində bu irs vandalizmə məruz qalıb.
Yüz illər boyu qorunub saxlanılmış abidələr məqsədyönlü şəkildə dağıdılıb, talan edilib və mənimsənilib.
Tam oxu
Xəbəri oxu