Azad edilmiş ərazilərdə torpaqları necə icarəyə götürə bilərik? DETALLAR | Icma.az
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, habelə həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli idarə edilməsi prioritet istiqamətlərindəndir.
Gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq həmin torpaqların müəyyən edilməsi, yaşayış məntəqələri salındıqca onların zəruri infrastrukturla (suvarma, meliorasiya, elektrik və s.) təmin edilməsi mühüm əhəmiyyət daşıyır.
Modern.az torpaqların icarəyə verilməsi prosedurları ilə bağlı bir sıra detalları araşdırıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi ilə bağlı Qaydalar təsdiq edilib.
Qaydalar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb.
Sənəd işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı və yaşadığı inzibati ərazi dairələrinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqların birillik və çoxillik əkinlərin aparılması üçün kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə müvəqqəti icarəyə verilməsi ilə bağlı məsələləri tənzimləyir.
Hansı torpaqlar icarəyə veriləcək? Qaydalara əsasən, torpaqlar işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və həmin yaşayış m
Tam oxu
Xəbəri oxu