Azad edilmiş ərazilərdə yaşayanların sayı 93 mini keçib

17.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İşğaldan azad edilmiş ərazilərdə yaşayan, çalışan və təhsil alan şəxslərin ümumi sayı 93 mini ötüb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-avqust aylarının sosial-iqtisadi göstəricilərinə dair hesabatında məlumat verilib.

Bildirilib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 31 avqust 2026-cı il tarixinədək işğaldan azad edilmiş ərazilərə 39 269 keçmiş məcburi köçkün geri qayıdıb.

Bununla da azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 93 203 nəfərə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью