Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq

10.12.2024

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq münasibət bildirilməsi üçün müvafiq dövlət qurumlarına göndərilməsi nəzərdə tutulub.
Yeniavaz.com
AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Xankəndi şəhərində keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
“Bununla yanaşı, işğaldan azad edilmiş Şuşa, Xocalı, Ağdərə və Kəlbəcər rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə ümumi sahəsi 92 min 656,2 hektar olan yeni milli parkın yaradılması nəzərdən keçirilir və bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb. Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib”, - deyə o əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью