Azad edilmiş ərazilərin 770 hektardan çoxu minalardan təmizlənib

23.12.2024

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Daha 130 mina, 304 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (16.12.2024 -22.12.2024) açıqlanıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 104 piyada əleyhinə mina, 26 tank əleyhinə mina, 304 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 770,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью