Azad edilmiş ərazilərində 8 yerdə SES tikilir

20.10.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın azad edilmiş ərazilərində 8 yerdə su elektrik stansiyasının (SES) tikintisi davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev "Xalq qəzeti"ndə dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın elektroenergetika strategiyasında işğaldan azad edilmiş ərazilərin enerji təminatının qurulması və yerli resurslardan səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr regionların bərpası, yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması və enerji infrastrukturunun formalaşdırılması ilə paralel inkişaf edir. Bu ərazilərdə ümumi gücü 307 MVt olan 38 su elektrik stansiyasının istifadəyə verilməsi ölkənin generasiya potensialının genişləndirilməsinə mühüm töhfəsidir. Hazırda daha 8 yerdə su elektrik stansiyasının tikintisi davam etdirilir. Su elektrik stansiyalarının əhəmiyyəti yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Onlar yerli enerji resurslarından istifadə etməyə, regionların enerji təminatını gücləndirməyə və bərpa olunan enerji mənbələrinin ümumi istehsaldakı payını artırmağa imkan verir".

B.Rzayev əlavə edib ki, bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda yaradılan enerji infrastrukturu Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsinə də xidmət edir: "Yeni yaşayış məntəqələrinin, sosial obyektlərin, istehsal müəssisələrinin və aqrar təsərrüfatların enerji təminatı regionun davamlı inkişafının vacib şərtidir. Gələcək mərhələdə bu ərazilərdə su elektrik enerjisinin istehsal imkanlarının rəqəmsal idarəetmə sistemləri ilə uzlaşdırılması, generasiya göstəricilərinin real vaxt rejimində izlənilməsi və şəbəkəyə ötürülən enerjinin səmərəli bölüşdürülməsi daha böyük əhəmiyyət kəsb edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью