Azad edilmiş səkkiz fələstinli Misirə deportasiya ediləcək

01.02.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində bu gün İsrail həbsxanalarından azad edilməsi planlaşdırılan ən azı 8 fələstinli məhbus Misirə deportasiya ediləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahira əl-İxbariya" telekanalı məlumat yayıb.

Kanal deportasiya ediləcək şəxslərin kimliyini açıqlamayıb. Onların üçüncü ölkələrə göndəriləcəyi və ya Misirdə qalacağı barədə də məlumat yoxdur.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью