Azad Əsgərov: Dünya çempionatında bəzi problemlər yaşadıq

16.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"14 idmançı ilə qatıldığımız yarışdan ümumilikdə yeddi medalla qayıtdıq".

Oxu.Az xəbər verir ki, bunu MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"İdmançılarımız dünya çempionatında vətənimizi layiqincə təmsil etdilər. 14 idmançı ilə qatıldığımız yarışdan ümumilikdə yeddi medalla qayıtdıq. Bunlardan biri qızıl, ikisi gümüş, dördü isə bürünc medal idi. Daha yaxşı nəticə gözləsək də, turnir zamanı bəzi problemlər yaşadıq. Zədə və yorğunluq medal əyarlarına təsirini göstərdi".

Anar Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью