Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İsrail-Suriya münasibətlərinin gərginləşməsi və İsrail qüvvələrinin Suriyaya zərbələr endirməsi fonunda Yaxın Şərqdə eskalasiya təhlükəsi var.
Mən istisna etmirəm ki, bir müddət əvvəl Bakıda Suriya və İsrail rəsmiləri arasında aparılan müzakirələr zamanı hansısa razılaşma olub, sadəcə, sonradan bu razılaşma bəzi qüvvələrin maraqlarına uyğun gəlməyib.
İndi ortaya çıxan budur ki, son qarşıdurmaya səbəb druz və bədəvilər arasında toqquşmalardır.
İsrail faktiki olaraq druzları, Dəməşq hökuməti isə bədəviləri müdafiə edir”.Bunu “Reytinq” qəzetinə müsahibəsində hərbi ekspert Azad İsazadə deyib.A.
İsazadə qeyd edib ki, İsrailin Dəməşqə endirdiyi zərbənin nə dərəcədə ağır olduğunu bilmsək də, İsrail tərəfi bunun xəbərdarlıq zərbəsi olduğunu və heç kimin zərər çəkmədiyini bildirir.
Hərbi ekspertin sözlərinə görə, lazım gələrsə, İsrail daha ciddi addımlar atacaq: “Bu, İsrailin mövqeyidir, amma Suriya hökuməti hələlik ortaya real mövqe qoymayıb.
Ümid edirəm ki, müharibə baş verməyəcək”.A. İsazadənin fikrincə, İsrail-Suriya müharibəsinin baş verməməsi üçün müəyyən qüvvələr addım ata b