Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) istehlakçıların maarifləndirılməsinə dair layihənin əsas hissəsi-təlim bölməsinə başlamışdır.
“Azad İstehlakçılar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların bələdiyyə – icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsinin icrasının əsas hissəsinə 8 icmada yaradılmış təşəbbüs qruplarında praktik təlimlərə başlamışdır.
17 iyul 2025-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar icmasında 2 nəfəri qadın və 10 nəfəri kişilərdən ibarət olan təşəbbüs qrupuna “Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara (Davamlılıq, İcmanın inkişafı, Ekoloji təsir və sair) üstünlük verilməsi” mövzusunda təlim keçirilmişdir.
Təlimçi Nizami Musayev mövzuya dair ətraflı məlumat vermiş, mövzuya dair pre-test iştirakçılara paylanılmışdır.
İştirakçılar pre-testlləri cavablandırdıqdan sonra müzakirə əsasında keçirilən təlimdə Azər İsayev və Pəri Paşayevanın məişət tullantılarının bələdiyyə ilə birgə idarə olunması formalarına dair verdikləri sualı təlimçi Nizami Musayev ətraflı izah etdi.
Digər iştirakçıların sualları da təlimçi tərəfindən ətraflı cavablandırıldı.
Təlim iştirakçıları layihənin həqiqətən də aktual bir problemin həlli üzrə maarifləndirmə üçün əhəmiyyətli olduğunu qeyd etməklə, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Azad İstehlakçılar İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər.