Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Football-plus” az ötən günlərdə “Kəpəz”də yeni yaradılan Media və Marketinq departamentinin direktoru vəzifəsinə Gəray Qiyasovun təyin edildiyin açıqlamışdı.
Bəs uzun illərdi Gəncə klubunda çalışan Azad Mustafayevin taleyi necə olacaq? “Kəpəz”dən ayrılır, yoxsa qalacaq? Bu sualları aydınlaşdırmaq üçün Azad bəylə əlaqə saxladıq:
“Klubumuzda yeni departament yaradıldı. “Kəpəz” üçün daha böyük işlər görmək baxımındab imkan yaranıb. Xeyirli-uğurlu olsun. Mən mətbuat katibi kimi vəzifəmin icrasını davam etdirəcəm”.
MÜZƏFFƏR QULUZADƏ