Azad növbəti dəfə solo konsert verəcək

20.02.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Sevilən müğənni Azad Şabanov növbəti solo konsertini verməyə hazırlaşır.

AZXEBER.COM xəbər verir ki, konsert may ayının 23-də Heydər Əliyev sarayında baş tutacaq.

"Bir əsər" adlanan musiqili gecəyə həyəcanla hazırlaşdığını deyən müğənni pərəstişkarlarına səslənib:

"23 may Heydər Əliyev Sarayında "Bir Əsər" adlı musiqili etirafım olacaq. Hər mahnım ruhumun bir parçası, hər layihəm isə bir hekayəmdir. Siz sadəcə konsertə yox, əsl sənət ab-havasına qərq olacaqsınız. "Bir Əsər "də görüşənədək".

Aysel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью