Azad olunan ərazilərdə daha 86 mina zərərsizləşdirildi

09.12.2024

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (02.12.2024 - 08.12.2024) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Unikal"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 57 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 461 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 768,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью