Azad olunan ərazilərdə daha 86 mina zərərsizləşdirildi Yeni Çağ Media

09.12.2024

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (02.12.2024 – 08.12.2024) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 57 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 461 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 768,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью