Azad olunan ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayı açıqlanıb

06.02.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda azad olunan ərazilərdə 11 məktəbdə 272 müəllim 2 213 şagirdə dərs deyir.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, 6 bağça, 16 tərbiyəçi-müəllim və 183 uşaq var.

Onun sözlərinə görə, sayın gələcəkdə artacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью