Azad olunan ərazilərdə son iki həftə ərzində 185 mina zərərsizləşdirilib

16.11.2026

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azad olunan ərazilərdə noyabrın 2-dən 15-dək 33 tank əleyhinə mina, 152 piyada əleyhinə mina, 1343 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1459.5 hektar ərazi minalardan təmizlənib.
Anar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью