Azad olunan israilli girovlar Qırmızı Xaça təhvil verildilər

08.02.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəzza zolağında azad olunan üç israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verilib və onlar israilli hərbçilərə tərəf yola düşüblər.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail müdafiə ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

"Qırmızı Xaçın təqdim etdiyi məlumata uyğun olaraq, üç girov onun nümayəndələrinə təhvil verilib və onlar Qəzza zolağında İsrail müdafiə ordusunun qüvvələrinə doğru yola düşüblər", - deyə məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью