Azad olunmuş ərazilərdə tikilən elektrik enerjisi qurğularının sayı açıqlanıb

30.05.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azad olunmuş ərazilərdə 1 000 kilometrədək 330-110 kV-luq dövrəli elektrik verilişi xətləri çəkilib.

"APA-Economics" xəbər verir ki, bunu bu gün Xankəndi şəhərində keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında "Azərenerji" ASC-nin rəhbərinin müşaviri Vüqar Əliyev bildirib.

Onun sözlərinə görə, qeyd olunan ərazilərdə 1 330 kV-luq və 12 110 kV-luq yarımstansiya tikilib.

Vüqar Əliyev onu da vurğulayıb ki, tikilən yarımstansiyalar sırasında 110 kV-luq "Xankəndi-1" yarımstansiyası da yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью