Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Yay mövsümünün başlaması ilə vətəndaşların istirahət planlarında Qarabağ və Şərqi Zəngəzur istiqamətinə maraq getdikcə daha da artır. Son illərdə bu bölgələr təkcə bərpa və quruculuq prosesləri ilə deyil, həm də yeni turizm məkanları kimi gündəmə gəlir. Artan səfər axını fonunda insanlar həm bölgəyə maraq göstərir, həm də xidmət və istirahət obyektlərində qiymətlərin necə formalaşdığına diqqət yetirirlər.
Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev Demokrat.az-a deyib ki, yay mövsümünün yaxınlaşması ilə vətəndaşlar artıq istirahət və səyahət planlarını formalaşdırmağa başlayıblar:
“Bu il həm xarici ölkələrə, həm də Azərbaycanın bölgələrinə maraq artsa da, xüsusilə işğaldan azad olunmuş ərazilərə turist axınının daha da güclənəcəyi gözlənilir. Əvvəlki illərlə müqayisədə bu il Xankəndi, Kəlbəcər, Laçın, Şuşa və Zəngilan istiqamətində daha böyük maraq müşahidə olunur. Vətəndaşlar həmin bölgələrə təkcə qısamüddətli deyil, uzunmüddətli səyahətlər planlaşdırırlar. Xüsusilə Xankəndi, Şuşa və Laçında yaradılan yeni hotellər, istirahət mərkəzləri və turizm kompleksləri yerli turistlərin diqqətini cəlb edir. İşğaldan azad olunmuş ərazilərə marağın artması həm də insanların uzun illər həsrətində olduqları torpaqları yaxından görmək istəyi ilə bağlıdır. Bu, Azərbaycan cəmiyyətində milli ruhun və Qarabağa bağlılığın yüksək səviyyədə olduğunu göstərir. İnsanlar azad olunmuş əraziləri ziyarət etməyi həm mənəvi, həm də tarixi baxımdan xüsusi önəmli hesab edirlər”.
O bildirib ki, eyni zamanda “Böyük Qayıdış” proqramı çərçivəsində bölgələrdə məskunlaşma prosesi də davam edir:
“Artıq on minlərlə vətəndaş doğma yurdlarına köç edib və bölgədə yeni yaşayış məntəqələri formalaşmağa başlayıb. Qısa müddət ərzində bu qədər geniş infrastrukturun qurulması və insanların öz doğma torpaqlarına qayıtması müsbət sosial-iqtisadi göstərici kimi qiymətləndirilir. Turizmin inkişafı bölgədə yeni iş yerlərinin yaranmasına da səbəb olur. Bu, həm yerli əhalinin məşğulluğunun artması, həm də bölgəyə köç edən insanların işlə təmin olunması baxımından mühüm rol oynayır. Dövlət işğaldan azad olunmuş ərazilərdə əsas infrastruktur layihələrini artıq böyük ölçüdə tamamlayıb. Şəhərlərarası və qəsəbələrarası yollar istifadəyə verilib, qazlaşdırma və elektrik infrastrukturu qurulub, yeni yaşayış məntəqələrinin yaradılması istiqamətində geniş işlər görülüb. Bununla yanaşı, bölgədə fəaliyyət göstərən sahibkarlara müxtəlif vergi və güzəştlərin tətbiq olunması da özəl sektorun inkişafını stimullaşdırır. Artıq növbəti mərhələdə əsas məsuliyyət özəl sektorun üzərinə düşür. Turizm, xidmət, kənd təsərrüfatı və digər sahələr arasında koordinasiyalı fəaliyyətin qurulması işğaldan azad olunmuş ərazilərin davamlı inkişafı üçün əsas şərtlərdən biri hesab olunur”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev Demokrat.az-a deyib ki, yay mövsümünün yaxınlaşması ilə vətəndaşlar artıq istirahət və səyahət planlarını formalaşdırmağa başlayıblar: