Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir

19.03.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur.

"Unikal" xəbər verir ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əhaliyə müraciət edib.

Bildirilib ki, ANAMA-ya işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz Bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur:

"Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq. Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Qeyd edək ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью