Azad olunmuş torpaqlara köç artır Bu il geri dönüşdə rekord qeydə alınıb | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Media Təhlil Mərkəzinin (MTM) Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində cari ilin əvvəlindən 27 may 2025-ci il tarixinədək işğaldan azad olunmuş ərazilərə 1015 ailə, ümumilikdə isə 4239 sakin köç edib.
Cari ilin I yarımilliyinin yekunlaşmasına 1 aydan bir az artıq vaxt qalmasına baxmayaraq, bu müddətdə qeydə alınan sakin sayı üzrə köç göstəricisi daha öncə qeydə alınan yarımilliklərə nisbətən daha çoxdur.
Ötən yarımilliklər arasında müqayisə apardıqda, işğaldan azad olunmuş ərazilərə köç edən ailə sayına görə ən yüksək göstəricinin 1010 ailə olmaqla 2023-cü ilin II yarımilliyi üzrə qeydə alındığı müşahidə olunur.
Ətraflı məlumat üçün bildirək ki, 2022-ci ilin II yarımilliyindən, daha dəqiq desək, 19 iyul 2022-ci il tarixindən cari ilin 27 may 2025-ci il tarixinədək 3632 ailə - 14480 nəfər işğaldan azad olunmuş ərazilərə köç edib.
27 may 2025-ci il tarixinədək işğaldan azad olunmuş ərazilərə edilən köç sayının rayonlar üzrə bölgüsünə baxsaq, bu müddət üzrə sakin sayı üzrə ən çox köç 3136 nəfər (823 ailə) olmaqla Füzuli rayonu üzrə qeydə alınıb.
Qeyd edək ki, cari tarixədək Füzuli rayonu üzrə yalnız rayonun mərkəzi olan Füzuli şəhərinə köç edilib.
Sakin sayı üzrə ən çox köç edilən 2-ci rayon 3129 nəfər (847 ailə) olmaqla Laçın rayonudur ki, burada Laçın şəhəri, Zabux kəndi və Sus kəndilərinə qayıdış baş tutub.
Tam oxu
Xəbəri oxu