Azad Suriya Ordusu Mənbicdə PKK/YPGya qarşı əməliyyata başlayıb

08.12.2024

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Suriya Milli Ordusu (Azad Suriya Ordusu) PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

Bu barədə məlumatı “TRT Haber” telekanalı yayıb. Telekanal bununla bağlı məlumatında qeyd edib: “Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad edib”.

Məlumata görə, ordu Mənbicin 80 faizinə nəzarəti ələ alıb. Mənbələr Ordunun Mənbicin mərkəzinə daxil olduğunu açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью