Azad Suriya Ordusu Palmiranı ələ keçirdi

07.12.2024

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Suriya hökumət qüvvələri Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmiradan geri çəkilib və Azad Suriya Ordusunun bölmələri şəhərə daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Məlumatda bildirilib ki, silahlı qruplar hərbçilərin istifadə etdiyi silah anbarlarını ələ keçirib.

Bundan əlavə, məlumata görə, yaraqlılar Homs əyalətinin cənubundakı strateji əhəmiyyətli Cebel əl-Qurab ərazisinə də nəzarəti ələ keçiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью