Azaddan yeni mahnı!

30.07.2026

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan estradasının tanınmış və sevilən ifaçısı dinləyicilərinə yeni musiqi layihəsini təqdim edib. “Əsas ürəkdir” adlı yeni mahnı artıq bütün rəqəmsal musiqi platformalarında yayımlanıb.

OLAY yazır ki, mahnı müasir musiqi üslubu ilə güclü emosional mesajı özündə birləşdirir. Layihənin söz və musiqisi Qiyas Elşən (Qırmızı) tərəfindən yazılıb. Aranjiman, həmçinin miksinq və masterinq işləri STKHA (Emin Kərim) tərəfindən həyata keçirilib. Vokal prodüseri İsmayıl Əsədov, gitara ifaçısı Şamil Məmmədov, bas gitara ifaçısı isə Qenadiy Yuqai olub.

Mahnı ilə yanaşı təqdim olunan ekran işi Azərbaycanın ən füsunkar bölgələrindən biri olan Şamaxıda lentə alınıb.

Ekran işi dinamik görüntüləri, romantik ab-havası və müasir vizual həlli ilə seçilir. Təbii mənzərələr, rəngarəng dekorasiyalar və pozitiv enerji mahnının əhval-ruhiyyəsini tamaşaçıya təsirli şəkildə çatdırır.

Klipin rejissorları Müseyib Qasımov və Zaur Cavadov, rəssamı Fatima Matveyeva.

İfaçı yeni işinin dinləyicilər tərəfindən rəğbətlə qarşılanacağına inanır və hər kəsi mahnını dinləməyə, klipi izləməyə dəvət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью