Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən. Fevral səhərinin sübh şəfəqi Xankəndi şəhərini işıqlandırır, qar dünən gecədən qalan b
Belə olanda düşünürəm ki, təbiətlə söhbətləşməyin tam zamanıdır. Bəyaz xalçalı küçələrlə addımlayaraq ana təbiətlə görüşə gedirəm.
Ağacların incə budaqları donmuş qar dənələri ilə bəzənib. Bu şaxtalı havada qollu-budaqlı çinarlar öz məğrurluğu ilə soyuğa meydan oxuyur.
Onların illərlə bu torpaqda kök salması Xankəndiyə öz kökləri ilə bağlı olan insanların qayıdışını tərənnüm edir.
Bu gün ana təbiət əsrarəngizliyinin bütün notlarını nümayiş etdirir.
Qar dənələri keçmişdən qalan acı xatirələri silmək üçün torpağın üzərini örtür.
Buludların arasında gizlənən günəş şüaları isə qar dənələrini dəyərli almaslara bənzədir.
Məncə, bu incə məqamların hər birində təbiət bizə hansısa mesajları verir.