Hurriyyet saytına istinadən Icma.az xəbər verir. Zal işıqlı idi.
Amma bu işıq lampalardan gələn adi aydınlığı yox, daha çox uzun illərdir dəyişməyən bir rahatlıq hissini xatırladırdı.
Elə bil buradakı hər şey artıq çoxdan qərarını vermişdi və indi sadəcə həmin qərarla yaşamağa davam edirdi.
Şüşə divarların arxasında payızın şəhərin üzərinə necə sakitcə endiyini görmək olurdu. Küçələrdə tələskənlik yox idi.
İnsanlar addımlarını yavaş atırdı. Yarpaqlar yerə düşəndə belə, sanki tələsmirdi, səs salmırdı.
Avropa payızı həmişə belə olur: təbiət solur, amma heç nə dağılmır, həyat öz nizamını qoruyur, sanki dəyişmək üçün səbəb görmür və axtarmır...
Bu sükutda əslində, dərin səssizlik, rahatlıqda isə ətalət hiss etdim... Çoxdankı fikrimdir, Avropa qocalmaqdan öncə köhnəlib...
Zaldakı, auditoriyadakı elə ilk təəssüratım bu qənaətimi daha da qətiləşdirdi...