Azadlıq Adası Vaşinqtona cavab verib

30.01.2026

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilyanın “X” sosial şəbəkəsində etdiyi paylaşımda belə deyilir.
“Biz ABŞ-nin Kubaya qarşı son eskalasiyasını ən kəskin şəkildə pisləyirik. Onlar indi ölkəmizə yanacaq tədarükünün tamamilə blokadaya alınmasını təklif edirlər”, – kubalı nazir yazıb.
Onun sözlərinə görə, prezident Donald Trampın administrasiyası öz hərəkətlərinə haqq qazandırmaq üçün Kubanı təhlükə kimi göstərməyə çalışır. Amma bu, belə deyil. Digər ölkələri adanın blokadasını dəstəkləməyə məcbur etmək üçün ABŞ “şantaj və məcburiyyətə” əl atır, imtina edəcəkləri təqdirdə onları tariflərlə hədələyir ki, bu da “bütün azad ticarət qaydalarının pozulmasıdır”.
Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib Bruno Rodriges Parrilyan region ölkələrini “tabe etməyə” , onların resurslarını talan etməyə, suverenliyini sarsıtmağa və müstəqilliklərindən məhrum etməyə çalışan ABŞ-ni regionda sülh, təhlükəsizlik və sabitliyə yeganə təhdid adlandırıb.
“Biz bütün dünya qarşısında 65 ildən artıqdır ki, bütöv bir ölkəyə qarşı indiyə qədər tətbiq edilən ən uzun və ən qəddar iqtisadi blokadaya məruz qalan, hazırda ekstremal həyat şəraitinə məhkum edilmək təhlükəsi ilə üzləşən Kubaya və onun xalqına qarşı bu qəddar təcavüz aktını pisləyirik”, – Kuba XİN-in rəhbəri vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Kubanın ABŞ-nin milli təhlükəsizliyinə “təhdid” yaratdığını bildirən prezident Donald Tramp ölkədə fövqəladə vəziyyətin elan olunması barədə sərəncam imzalayıb.
Bu sənədə əsasən, ABŞ indi Kubaya birbaşa və ya dolayı yolla neft satan istənilən ölkədən idxala əlavə rüsumlar tətbiq edə biləcək.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью