Azadlıq Partiyası ləğv edildi Yeni Çağ Media

06.12.2024

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, müraciət təmin olunub və partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью