Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır. Tarix bunu dəfələrlə sübut edib.
36 il bundan öncə, 1990-cı ilin həmin o qanlı Yanvar gecəsi illərlə yetişən azadlıq arzusunun qorxunu susdurduğu və cəsarəti alovlandırdığı gecə idi.
O gecə totalitar rejimin Azərbaycan xalqının iradəsi qarşısında aciz qaldığı gecə idi.
O gecə tankların qarşısına silahsız çıxan qəhrəman övladlarımız ölkəmizin müstəqilliyi naminə canından keçən ilk Şəhidlər oldular… Həmin günlərdə Azərbaycanın böyük oğlu, Ulu Öndər Heydər Əliyev Moskvada bu qanlı cinayəti açıq şəkildə pisləyərək əsl siyasi cəsarət nümunəsi göstərdi.
O, təhlükəyə baxmayaraq xalqının yanında durdu, 20 Yanvar hadisələri haqqında kəskin bəyanat verdi.
Zaman hər şeyi dəyişə bilər, amma həqiqəti yox. Nə qədər vaxt keçsə də, o gerçəklər unudulmayacaq.
Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz ruhuna dərin hörmətlə… Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.