AZAL apreldə BakıSəmərqəndBakı uçuşlarını bərpa edəcək

12.12.2024

Icma.az bildirir, Anews portalına istinadən.


"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2025-ci il aprelin 1-dən Bakı-Səmərqənd-Bakı birbaşa uçuşlarını bərpa edəcək.Bu barədə Özbəkistan mətbuatından bildirilib.

"Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək.Səmərqənddən uçuş yerli vaxtla saat 2:55-də baş tutacaq. Uçuş müddəti 2 saat 20 dəqiqə təşkil edəcək.
Bu, Səmərqənddən səyahət edən sərnişinlər üçün yeni imkanlar açır və Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının 75-dən çox istiqaməti əhatə edən beynəlxalq uçuş şəbəkəsinə daha bir istiqamət əlavə edir", - məlumatda qeyd olunub.


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью