AZAL apreldə Səmərqənddən Bakıya uçuşları bərpa edəcək

12.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2025-ci il aprelin 1-dən Səmərqənd və Bakı arasında birbaşa uçuşları bərpa edəcək.

Bu barədə “Report” Özbəkistan mətbuatına xəbər verir.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək.

Səmərqənddən uçuş yerli vaxtla saat 2:55-də baş tutacaq. Uçuş müddəti 2 saat 20 dəqiqə təşkil edəcək.

"Bu, Səmərqənddən səyahət edən sərnişinlər üçün yeni imkanlar açır və Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının 75-dən çox istiqaməti əhatə edən beynəlxalq uçuş şəbəkəsinə daha bir istiqamət əlavə edir", - məlumatda qeyd olunub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью