Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.
Məlumata görə, pilotlar təyyarənin sistemini yeniləyib və məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyarə uçuşa hazırdır.
Təyyarədə sərnişin olmayıb. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.