AZAL bu tarixdə BakıSəmərqəndBakı uçuşlarını bərpa EDƏCƏK

12.12.2024

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2025-ci il aprelin 1-dən Bakı-Səmərqənd-Bakı birbaşa uçuşlarını bərpa edəcək.

Bu barədə Redaktor.az Özbəkistan mətbuatına istinadən xəbər verir.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək.

Məlumatda qeyd edilib ki, Səmərqənddən uçuş yerli vaxtla saat 2:55-də baş tutacaq. Uçuş müddəti 2 saat 20 dəqiqə təşkil edəcək.

"Bu, Səmərqənddən səyahət edən sərnişinlər üçün yeni imkanlar açır və Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının 75-dən çox istiqaməti əhatə edən beynəlxalq uçuş şəbəkəsinə daha bir istiqamət əlavə edir", - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью