AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİD…
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AZAL-ın Sankt-Peterburq - Bakı marşrutu ilə uçuş həyata keçirən "Airbus A320" tipli təyyarəsində havaya qalxandan bir qədər sonra texniki nasazlıq aşkarlanıb.
Şassi mexanizminin işləməməsi səbəbindən ekipaj SOS siqnalı verib və Pulkovo hava limanına qayıtmaq qərarı alıb.
Təyyarə 4 saata yaxın havada dövrə vuraraq yanacağı azaldıb, daha sonra fövqəladə eniş edib.
Enmə zamanı təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Bortda 155 sərnişin olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
"Panika var idi, dualar, qışqırıqlar eşidilirdi. Amma pilotlar çox peşəkar davrandı, uğurla endik", - deyə sərnişinlərdən biri bildirib.
Hadisə səbəbindən hava limanı qısa müddətlik uçuş və enişləri dayandırıb, lakin zolağın yoxlanmasından sonra fəaliyyət bərpa olunub.
AZAL hadisə ilə bağlı araşdırmanın aparıldığını təsdiqləyib. Texniki problemlər təkcə bu reyslə məhdudlaşmayıb.
Tam oxu
Xəbəri oxu